Naxçıvanda hakimlər üçün seminar

AFFA və NFF-in birgə təşkilatçılığı ilə adı çəkilən şəhərdə hakimlər üçün seminar keçirilir. Allsport.az xəbər verir ki, məqsəd hakimlərin teoretik, praktiki və fiziki hazırlıqlarının inkişaf etdirilməsi, yeni hakimlərin cəlb edilməsinin strategiyası və strukturun yaradılması olub.

Seminara AFFA hakimlər departamentinin rəhbəri Ömər Paşayev, fitnes məşqçisi Namiq Quliyev, hakimlər departamentinin mütəxəssisi Bəxtiyar Osmanov və hakimlər komitəsinin üzvü Anar Salmanov rəhbərlik edirlər.

Ömər Paşayev strukturun yaradılması, yeni hakimlərin cəlb edilmə strategiyası, Anar Salmanov teoretik və praktik dərslər, Namik Quliyev fiziki hazırlıq, Bəxtiyar Osmanov isə yarışların idarəetmə sistemi, qeydiyyat və istifadə qaydası ilə bağlı məlumat verirlər.

Tədbirdə Naxçıvan futbol federasiyasının baş katibi Raqif Abbasov da çıxış edib, öz zəgin təcrübəsini iştirakçılarla bölüşüb.

Həmin kateqoriyadan