- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Naxçıvan futbol federasiyasının, Ordubad icra hakimiyyətinin, rayonun gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə şəhid İntiqam Allahverdiyevin xatirəsinə futbol oyunu keçirilib. Allsport.az saytı xəbər verir ki, görüşdən əvvəl şəhidlərin əziz xatirəsi 1-dəqiqəlik sükutla yad edilib.
Futbol matçında Ordubad və şəhidin doğulduğu Düylün kəndinin komandaları qarşılaşıb. Topa ilk toxunuşu şəhidin qardaşı Nəcəf Abdullayev edib. O, həm də Düylün komandasının heyətində meydana çıxıb. Görüş şəhər komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanı Naxçıvandan olan hakimlər idarə edib.
Oyun başa çatdıqdan sonra NFF-nın, rayon rəhbərliyinin və muxtar respublikanın idman ictimaiyyətinin iştirakı ilə komandalara mükafatlar, sertifikatlar, “Araz-Naxçıvan” PFK-nın oyun geyimləri hədiyyə olunub. Qalib heyətə kuboku şəhidin digər qardaşı Hüseyn Abdullayev təqdim ediblər.
1998-ci il avqustun 12-də anadan olan İntiqam Abdullayev Heydər Əliyev adına ali hərbi məktəbi bitirdikdən sonra leytenant hərbi rütbəsi alıb və ordu sıralarında xidmətə başlayıb. O, 2020-ci ilin oktyabrında Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmançasına şəhid olub. İntiqam Abdullayev ölkə başçısı İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.