- Baxış sayı: 34
- 25 Mart 2026 22:56
- Baxış sayı: 204
- Mart 25, 2026
- 0

Almaniya Kubokunda birinci mərhələnin oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası – “Karlsrue” də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Roytlinger”lə qarşılaşıb. Matç futbolçumuzun komandasının 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Nəticədə, “Karlsrue” startdaca mübarizəni dayandırıb.
Qeyd edək ki, Nazarov bu qarşılaşmaya start heyətdə başlayıb. Amma 14-cü dəqiqədə əvəzlənib.