- Baxış sayı: 33
- 04 Fevral 2026 23:39
- Baxış sayı: 147
- Fevral 04, 2026
- 0
Almaniya ikinci Bundesliqasında 16-cı turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası – “Karlsrue” də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda “RasenBallsport Leypsiq”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda 0:1 hesablı məğlubiyyətlə üzləşib. Ötən oyunda qırmızı vərəqə ilə meydandan qovulan Nazarov bu görüşü buraxmalı olub.
Qeyd edək ki, “Karlsrue” hazırda 19 xalla 18 klub arasında 11-ci pillədə qərarlaşıb.