- Baxış sayı: 36
- 25 Mart 2026 20:26
- Baxış sayı: 158
- Mart 25, 2026
- 0
Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası – “Karlsrue” Almaniyanın əsas Bundesliqasına vəsiqə qazanmaq şansını əldən verib. Allsport.az xəbər verir ki, “Hamburq”a qarşı səfərdə keçirilən ilk oyunda 1:1 hesablı heç-heçəyə nail olan futbolçumuzun komandası ev oyununda bu uğurun davamını gətirə bilməyib.
Cavab görüşündə də 90 dəqiqə 1:1 hesabıyla başa çatdığından, qarşılaşma əlavə vaxta gedib. 117-ci dəqiqədə isə “Hamburq” qələbə qolunu vurub. 120-ci dəqiqədə “Karlsrue” penalti qazansa da, rəqib qapıçı qola imkan verməyib. Nəticədə, “Hamburq” əsas, “Karlsrue” isə ikinci Bundesliqada qalıb.
Qeyd edək ki, start heyətdə meydana çıxan Nazarov 120 dəqiqə meydanda olub.