Nazir sakinləri qəbul etdi

Martın 4-də gənclər və idman naziri Fərid Qayıbov Şirvanda Hacıqabul rayon və Şirvan şəhər sakinlərini qəbul edib.

Allsport.az xəbər verir ki, qəbuldan öncə nazir Fərid Qayıbov Şirvan şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasovla birlikdə Şirvan şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

Sonra nazir Fərid Qayıbov Şirvan şəhəri Heydər Əliyev mərkəzini ziyarət edib.

Şirvan hənclər evində keçirilən qəbulda vətəndaşları dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.

Qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda mart ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

Həmin kateqoriyadan