- Baxış sayı: 21
- 25 Mart 2026 22:56
- Baxış sayı: 191
- Mart 25, 2026
- 0
“Neftçi” PFK braziliyalı yarımmüdafiəçi Flavinyo ilə yollarını ayırıb. Allsport.az xəbər verir ki, 1983-cü il iyul ayının 27-də Braziliyada doğulmuş Flavio Aleks Valensio peşəkar futbol karyerasına elə vətənində başlayıb.
2010-cu ildə Braziliyanın “Qremio” klubundan “Neftçi”yə transfer olunmuş Flavinyo Azərbaycan təmsilçisinin heyətində 174 oyun keçirib. Bu qarşılaşmalarda 38 dəfə rəqib qapısına yol tapmış futbolçu “Neftçi”nin heyətində 3 dəfə Azərbaycan çempionatının, 2 dəfə ölkə kubokunun qalibi olub. Bu komandanın heyətində avrokuboklarda 22 oyun keçirmiş Flavinyo Avropa Liqası turnirinin qrup mərhələsində də çıxış edib.
“Neftçi” PFK Flavinyoya gələcək karyerasında uğurlar arzulayıb.