- Baxış sayı: 21
- 20 Yanvar 2025 18:29
- Baxış sayı: 155
- Yanvar 19, 2025
- 0
“Neftçi” PFK-nın əvəzedici heyəti Gürcüstandakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. Allsport.az xəbər verir ki, bakılılar Gürcüstan çempionatının birinci divizion təmsilçisi “Kede” klubu ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə nəticələnib.
Əvəzedicilər Bahadır Həziyevin 78-ci dəiqədə vurduğu qol sayəsində önə keçsələr də, rəqib sona 2 dəqiqə qalmış 11 metrlik penalti zərbəsi ilə hesabı bərabərləşdirib.
“Neftçi” bu heyətlə mübarizə aparıb: Sənan Əlizadə, Ömər Buludov (Georgi Qabrindaşvili, 46), Sənan Əbilov, Pərviz Qaraxanlı, Elməddin Məmmədov, Rəsul Babazadə (Kənan Manafov, 46), Kənan Mirzəliyev (Pilağa Mehtiyev, 70), Ömər Mahmudzadə (Bahadur Həziyev, 67), Aqşin Qurbanlı, Etibar Süleymanov (Ramiz Quliyev, 83), Nurlan Mənsimzadə.