- Baxış sayı: 29
- 22 Noyabr 2024 11:30
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
“Sərhədçi” idman mərkəzində basketbol üzrə Azərbaycan kubokunun “A” qrupunda son 2 oyun keçirilib. Allsport.az saytı xəbər verir ki, günün ilk matçında “Xırdalan” 89:83 hesabı ilə “Sumqayıt”ı üstələyib. Qalib komandada Teyvion Körk (20 xal, 5 götürmə), “kimyagərlər”də Nəzər Quliyev (21 xal, 8 götürmə) fərqləniblər.
Günün 2-ci görüşündə qrup liderliyi uğrunda “Neftçi” və “Xəzri” klubları üz-üzə gəliblər. Bu mübarizədə “ağ-qaralar” 80:67 seviniblər, “A” qrupunu öndə tamamlayıblar. Ən məhsuldar basketbolçular: “Neftçi” (Kamran Məmmədov – 26 xal, 4 götürmə), “Xəzri” (Oubri Makalpayn – 26 xal, 5 götürmə).