- Baxış sayı: 33
- 15 Yanvar 2026 13:54
- Baxış sayı: 40
- Yanvar 15, 2026
- 0

“Fairmont” mehmanxanasının “Nizami Gəncəvi” zalında “Sportsman” jurnalının təsis etdiyi “Zəfər” beynəlxalq idman mükafatının təqdimetmə mərasimi keçirildi.
Allsport.az saytı xəbər verir ki, tədbirdə olimpiya, dünya və Avropa çempionatlarının mükafatçıları, federasiya və klubların təmsilçiləri, eləcə də idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər. Mərasimdə ötən ilin yekunlarına əsasən müxtəlif nominasiyalar üzrə qaliblərin adları açıqlanıb.
“Neftçi” idman klubu “İlin idman klubu” adına layiq görülüb. Mükafat klubun idarə heyəti sədrinin müavini, icraçı direktoru əvəz edən Fərəc Əliyevə təqdim edilib. “Zəfər” mükafatı ardıcıl 18 ildir təqdim edilir. “Sportsman” jurnalı idmanın və olimpiya hərəkatının təbliği ilə yanaşı, 2007-ci ildə gənclər və idman nazirliyinin dəstəyi ilə bu mükafatı təsis edib.
Bu beynəlxalq idman mükafatı ən yüksək idman nailiyyətləri qazanan idmançılara, məşqçilərə, mütəxəssislərə, klublara və Azərbaycan idmanına dəstək olan müxtəlif qurumlara verilir.