- Baxış sayı: 46
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 176
- Fevral 06, 2026
- 0

Bu gün “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov və yeni transfer Rəşad Sadiqov media nümayəndələrinin qarşısına çıxıblar. Allsport.az saytı xəbər verir ki, əvvəlcə Rəşad Sadiqovun təqdimat mərasimi keçirilib.
Təcrübəli yarımmüdafiəçi 6 nömrəli formanı geyinəcək. Buna qədər həmin formanı daşımış Pavel Dreksa isə 16 nömrəli formada oynayacaq. Rəşad Sadiqov jurnalistlərin suallarına cavab verəndən sonra baş məşqçi, ona ünvanlanmış sualları cavablandırıb.
Ardınca – saat 17:30-da “Neftçi”nin “Zirə” ilə oyunöncəsi son məşqi start götürüb. Hazırlığın ilk 10 dəqiqəsi KİV və azarkeşlər üçün açıq olub. Bu komandaların oyunu oyunu sabah saat 19:00-da başlanacaq.