- Baxış sayı: 41
- 03 Mart 2026 22:11
- Baxış sayı: 61
- Mart 02, 2026
- 0

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabidə təlim-məşq toplanışında “Neftçi” ilk yoxlama oyununa çıxıb. Allsport.az saytı xəbər verir ki, “ağ-qaralar” Qazaxıstanın son çempionu “Kayrat” ilə qarşılaşıb.
Görüş Azərbaycan təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Ağadadaş Salyanski, Vensan Abubakar və Murad Məmmədov vurublar.
Rəqib bu mövsüm ilk dəfə çempionlar liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
“Neftçi” hazırlıq çərçivəsində daha 2 oyun keçirəcək. Bakı klubu yanvarın 13-də “Piramids” (Misir), 16-da isə “Çendu Ronqçenq” (Çin) klubları ilə qarşılaşacaq.