- Baxış sayı: 29
- 19 Dekabr 2025 23:49

- Baxış sayı: 124
- Dekabr 19, 2025
- 0


“Neftçi”nin prezidenti Kamran Quliyev, veteran futbolçu, bu komandanın sabiq məşqçisi Nazim Əliyevi 60-illiyi münasibəti ilə təbrik edib. Allsport.az saytı xəbər verir ki, yubilyara ən xoş arzularını çatdıran klub rəhbəri ona xatirə hədiyyəsi təqdim edib.
O, 1988, 1994-1996-cı illər ərzində flaqmanın heyətində 49 oyun keçirib, 48 qol vurub. Sabiq hücumçu 1995-ci ildə “Neftçi” ilə Azərbaycan kubokunu və superkubokunu qazanmaqla yanaşı, 26 qolla ölkə çempionatının ən yaxşı bombardiri də olub.
Nazim Əliyev 183 qolla Azərbaycan çempionatlarında ən çox qol vurmuş futbolçudur.