- Baxış sayı: 50
- 06 Mart 2026 19:13
- Baxış sayı: 296
- Mart 05, 2026
- 0

“Sərhədçi” idman mərkəzində basketbol üzrə Azərbaycan kubokunun final oyunu baş tutub.
Allsport.az xəbər verir ki, dolu tribunalar qarşısında keçirilən “Neftçi” – “Xəzri” klublarının oyununda, görüşə “Xəzri” üstün başlayıb və hesabda 10 xal fərqi ilə üstünlük yaxalayıb. Lakin sonradan geridönüş etməyi bacaran “Neftçi”, yekunda 65-61 hesablı qələbə qazanaraq, kubokun sahibi olub.
Finalın ən dəyərli oyunçusu (MVP) “Neftçi” dən Ulaş Turqut seçilib. Ən məhsuldar basketbolçular: “Neftçi” (Ulaş Turqut – 15 xal, 8 götürmə), “Xəzri” (Cordan Perkins – 15 xal, 13 ötürmə).