- Baxış sayı: 36
- 25 Mart 2026 20:26
- Baxış sayı: 157
- Mart 25, 2026
- 0
“Neftçi” PFK-nın U-9 komandası 10 yaşlı futbolçular arasında keçirilən “Sabahın ulduzları” turnirini gümüş medalla başa vurub. Allsport.az xəbər verir ki, baş məşqçi Tural Kərimovun yetirmələri sonuncu turda “Vətən” klubuna 2:0 hesabı ilə qalib gəliblər.
Qollara Murad Məmmədov və Talha Şuşalı imza atıblar.
Qeyd edək ki, bu mövsüm 2 dəfə heç-heçə edən “Neftçi” digər oyunlarda qələbə qazanıb.