- Baxış sayı: 12
- 27 Noyabr 2024 15:45
- Baxış sayı: 36
- Noyabr 26, 2024
- 0
“Neftçi” komandanın sıralarını tərk edən futbolçularla bağlı rəsmi açıqlama yayıb. Allsport.az saytı xəbər verir ki, müdafiəçi Rahil Məmmədovun “Səbail”ə keçidi razılaşdırılıb.
Sözügedən futbolçu gələcəkdə başqa kluba satılarsa, transfer gəlirinin 50 faizi “Neftçi”yə çatacaq. Digər futbolçular – Fəhmin Muradbəyli “Səbail”ə, Maksim Vaylo və Təyyar Məmmədov isə “Sabah”a mövsümün sonunadək icarəyə veriliblər.
Futbolçu Məqsəd İsayevlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Müdafiəçiyə gələcək karyerasında uğurlar arzulanıb.