- Baxış sayı: 43
- 20 Noyabr 2024 17:41
- Baxış sayı: 42
- Noyabr 21, 2024
- 0
“Sərhədçi” idman mərkəzində basketbol üzrə Azərbaycan kubokunun “A” qrupunda 2 oyun keçirilib. Allsport.az saytı xəbər verir ki, günün ilk oyunu “Neftçi” və “Sumqayıt” komandaları arasında baş tutub. “Ağ-qaralar” rəqibi 87:76 üstələyib. Bakı təmsilçisində Alfonso Styuart (21 xal, 8 götürmə), “kimyaçılar”da Roderik Smit (21 xal, 9 götürmə) fərqləniblər.
Günün 2-nci oyununda çempionatın lideri “Xəzri” və “Cəlilabad” klubları qarşılaşıblar. Paytaxt klubu 86:69 sevinən tərəf olub. Bu, kubokda “Xəzri”nin ardıcıl 2-ci qələbəsi olub. Ən məhsuldar basketbolçular: “Xəzri” (Cordan Perkins- 20 xal, 9 götürmə), “Cəlilabad” (Zaur Paşayev – 21 xal, 6 ötürmə).