- Baxış sayı: 35
- 24 Noyabr 2024 22:46
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
“Neftçi” heyətini İtaliya yığmasının sabiq hücumçusu Antonio Kassano ilə gücləndirə bilər. Allsport.az azerisport.az saytına istinadla xəbər verir ki, paytaxt klubu hazırda onunla danışıqlar aparır.
Qeyd edək ki, İtaliyanın “Bari” klubunun yetirməsi olan Kassano bu komandada qısa müddətli çıxışından sonra 2001-ci ildə “Roma”ya transfer olunub. Məhz paytaxt klubundakı çıxışı ilə parlayan Kassano 118 oyunda 39 qola imza atıb. 2006-cı ildə isə o, İspaniyanın “Real” klubuna transfer olunub. Amma Kassano Madrid klubunda cəmi 19 oyuna çıxıb və 2 qola imza ata bilib. İspaniyadakı karyerası uğurlu alınmadığından o, 2007-ci ildə İtaliyanın “Sampdoriya” klubunda icarə əsasında çıxış etməyə qərar verib. 2007/08 mövsümündə bu komandada 22 oyuna 10 qol vurub. Növbəti mövsümdə isə “Sampdoriya” onun transfer hüququnu “Real”dan alıb. Nəticədə, 2008-2011-ci illər aralığında Antonio bu komandada daha 74 oyun keçirib və 25 qola imza atıb. 2011/12 mövsümünü “Milan”da (33 oyun, 7 qol) keçirən Kassano növbəti mövsümdə də “İnter”in uğurları üçün çalışıb (28 oyun, 8 qol). 2013-cü ildən etibarən isə o, “Parma”da oynayırdı – 53 oyun, 17 qol. Hazırda futbolçu azad agent statusu daşıyır.
Kassano İtaliyanın U-15, U-16, U-18, U-20, U-21 yığmaları ilə yanaşı, əsas milli komandanın da aparıcı üzvlərindən olub. O, A millidə keçirdiyi 39 oyunda 10 qola imza atıb.
Artıq bu danışıqların bəzi detalları müəyyənləşib. Belə ki, paytaxt klubunun nümayəndələri ulduz futbolçu ilə bağlı danışıqlar aparmaq üçün hazırda İstanbuldadırlar. Futbolçu özü Azərbaycanda oynamağın əleyhinə deyil. Amma o, bunun üçün yaxşı məvacib tələb edir. Klub rəhbərliyinin Flavinyonu yola salmasının əsas səbəblərindən biri də məhz xərcləri azaltmaq məqsədi daşıyır. (azerisport)