“Neftçi” Türkiyədəki ilk sınaq matçında bərabərə qaldı

Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi” bu gün hazırlıq çərçivəsində ilk yoxlama matçına çıxıb. Allsport.az xəbər verir ki, Samir Əliyev futbolçuları yerli “Alanyaspor” klubu ilə oyunda sınaqdan keçirib.

Oyun bir dəqiqəlik sükütla başlayıb. Çünki bu gün Ağdamın işğal günüdür. “Neftçi”nin oyunçuları meydana qara sarğıda çıxıblar.

“Neftçi” meydana bu start heyətlə çıxıb: Aqil Məmmədov, Melli, Rahil Məmmədov, Kamal Qurbanov, Aylton, Ramos, Kaue, Elşən Abdullayev, Samir Məsimov, Fəhmin Muradbəyli, Məhəmməd Qurbanov.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. 51-ci dəqiqədə türklər hesabı açsalar da, sonradan oyuna qoşulan Ruslan Qurbanov 67-ci dəqiqədə rəqib qapıçının səhvindən istifadə edərək hesabı bərabərləşdirib – 1:1.

Həmin kateqoriyadan