- Baxış sayı: 50
- 05 Dekabr 2025 20:03
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

“Sərhədçi” idman mərkəzində Azərbaycan basketbol liqasında 11-ci turun 2 oyunu keçirilib.
Allsport.az saytı xəbər verir ki, açılış matçında “Sərhədçi” və “Şəki” üz-üzə gəlib. Bu görüşdə meydan sahibləri 112:82 üstün olublar. “Sərhədçi”dən Kaleb Hanter (30 xal, 7 ötürmə), “Şəki”dən Pol Dibal (21 xal, 9 götürmə) fərqləniblər.
Günün ikinci oyununda “Neftçi” idman klubu Cəlilabadın eyni adlı klubuna 72:63 qalib gəlib. “Ağ-qaralar”dan Toraje Breyk (20 xal, 11 ötürmə), “Cəlilabad”dan Rişan Conson (15 xal, 10 götürmə) məhsuldar olublar.