- Baxış sayı: 24
- 21 Aprel 2025 09:46
- Baxış sayı: 77
- Aprel 20, 2025
- 0
Basketbol üzrə Azərbaycan kubokunun “A” qrupunda növbəti 2 oyun keçirilib.
Allsport.az xəbər verir ki, günün ilk oyunu “Neftçi” və “Cəlilabad” komandaları arasında baş tutub. Bu oyun “Neftçi” klubunun 82-71 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbə ilə “Neftçi” qrupdan çıxmağı təmin edib.
Ən məhsuldar basketbolçular: “Neftçi” (Ceyms Haforn – 17 xal, 7 götürmə), “Cəlilabad” (Rişon Conson – 18 xal, 6 götürmə).
Günün ikinci oyununda qrupun lideri “Xəzri”, “Xırdalan” ilə qarşılaşıb. Oyunu 75-64 hesabı ilə qalib tamamlayan “Xəzri”, kubokun yarımfinalına vəsiqəni təmin edib.
Ən məhsuldar basketbolçular: “Xırdalan” (Cakori Arçi – 21 xal, 8 götürmə), “Xəzri” (Ceremi Maklaflin – 22 xal, 17 götürmə).