- Baxış sayı: 32
- 30 Mart 2026 19:51
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

Bu gün Topaz premyer liqasında 27-ci tura yekun vurulub. Allsport.az saytı xəbər verir ki, turun ilk matçında çempionluğu təmin etmiş “Qarabağ”la heç bir iddiası qalmayan “Keşlə” üz-üzə gəlib. Ağdam klubu bu görüşdə gözlənilmədən 0:3 uduzub.
Digər 3 oyun avroliqaya vəsiqə baxımından əhəmiyyət kəsb daşıyıb. 3-cü sırada yer alan “Sumqayıt” özündən bir pillədə irəlidə qərarlaşmış “Qəbələ”yə uduzaraq, durumunu çətinləşdirib (0:2).
Bu fürsətdən “Neftçi” və “Zirə” komandaları istifadə ediblər. “Ağ-qaralar” “Səbail”ə (3:1), “qartallar” isə “Kəpəz”ə qalib gəliblər (2:1).