- Baxış sayı: 35
- 24 Noyabr 2024 22:46
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
22 iyul – Milli Mətbuatın yaranmasının 140 illik yubileyi münasibətilə ilə «Neftçi» futbol klubu xeyli KİV orqanını təbrik edib. Allsport.az saytının məlumatına görə, komandanın mətbuatla məşğul olan əməkdaşları redaksiyalara gələrək, həmkarlarına üzərində flaqmanın loqosu olan tort hədiyyə ediblər.
Qəribədir ki, təbriklə yanaşı, «ağ-qaralar»ın hörmət göstərmədiyi rəsmi dövlət mətbuat qurumları da olub. Onların sırasında «Neftçi»dən 5 yaş böyük olan, bu il 83 yaşını qeyd edən AGİN-in rəsmi orqanı «İdman» qəzeti də yer alıb.
Şənlik tədbirlərində, səfər proqramlarında adətən, ölkə mətbuatının flaqmanını unudan, onu saymayan «Neftçi» yenə ənənəsinə sadiq qalıb.