- Baxış sayı: 36
- 31 Mart 2023 14:58
- Baxış sayı: 94
- Aprel 01, 2023
- 0
Kişi voleybolçuların yüksək liqasında növbəti matçlar təşkil olunub.
Allsport.az xəbər verir ki, günə “Sərhədçi” olimpiya idman mərkəzində start verilib. İlk qarşılaşmada “Express”lə MOİK üz-üzə gəlib. Qarşılaşma “Hərbçilər”in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Daha sonra eyni arenada “Azərreyl” “Neftçi”yə uduzub – 0:3.
Günə “Murov” – Gürcüstan oyunu ilə yekun vurulub. Dərnəgül voleybol mərkəzində keçirilən oyunda gürcülərin debütü uğursuz alınıb – 0:3.
Bu oyunlardan sonra “Neftçi” 1-ci yerə yüksəlib. Onlar 6 matçda “Xilasedici” ilə eyni – 15 xal toplasalar da, top fərqində rəqiblərini qabaqlayıblar.