- Baxış sayı: 37
- 25 Mart 2026 22:56
- Baxış sayı: 207
- Mart 25, 2026
- 0

“Neftçi” – millinin üzvü Elvin Bədəlovu transfer edib. Allsport.az saytı xəbər verir ki, 30 yaşlı müdafiəçi ilə 2-illik müqavilə bağlanıb.
Rusiyanın “Zenit” (Sankt-Peterburq) klubunun yetirməsi olan futbolçu 2014-2017-ci illərdə də “ağ-qaralar” şərəfini qoruyub. Sonuncu klubu “Sumqayıt”da (2019-2025) baş məşqçi Samir Abbasovun rəhbərliyi ilə çıxış edib. O, millidə 10 görüş keçirib.
Bu arada bayraqdar daha bir futbolçunun keçidini rəsmiləşdirib. Murad Xaçayevlə də 2-illik anlaşılıb. 27 yaşlı müdafiəçi Donetsk “Şaxtyor”unun yetirməsidir. Sonuncu klubu “Sumqayıt” (2019-2025) olub. Millinin heyətində 1 oyun keçirib.