- Baxış sayı: 35
- 05 Aprel 2026 11:00
- Baxış sayı: 124
- Aprel 03, 2026
- 0

“Neftçi” üçüncü əcnəbi futbolçunu transfer edib. Allsport.az xəbər verir ki, braziliyalı mərkəz müdafiəçisi Rener Alves De Souza ilə 2+1 il müddətinə müqavilə bağlanıb. 19 yaşlı futbolçu 4 nömrəli formanı geyinəcək.
“Brasilis”in yetirməsi olan Rener Alves De Souza Braziliyanın “Fortaleza” klubunda çıxış edib. O, “Fortaleza”nın əsas komandası ilə yanaşı, U-19 və U-20 komandalarında da oynayıb, U-20 ilə “Copa do Nordeste”nin qalibi olub.
“Neftçi” bundan əvvəl nigeriyalı cinah yarımmüdafiəçisi Yusuf Laval və Mərakeş əsilli belçikalı dayaq yarımmüdafiəçisi Sabir Buqrini transfer etmişdi.