- Baxış sayı: 34
- 30 Mart 2026 17:59
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

Türkiyəli Camal Bülbül “Neftçi” futbol akademiyasının texniki direktoru vəzifəsinə təyin olunub. Allsport.az saytı xəbər verir ki, 35 yaşlı mütəxəssislə 2 illik müqavilə bağlanıb.
O, “Qarşıyaxa” (2009-2010) və “Vestel Manisa” (2011-2012) klublarında baş məşqçinin yanında təcrübəçi kimi çalışıb, “Altunordu” akademiyasında performans və təhlil məşqçisi (2013-2017), “Göztəpə” akademiyasının direktoru (2017-2020) və bu klubun matç və performans təhlili və skautluq departamentində (2020-2022) işləyib.
2015-ci ilin dekabrından Türkiyə futbol federasiyasında matç və performans təhlili, matç təhlili və skautinq təlimçisi kimi çalışır. UEFA-nın “A” kateqoriyalı məşqçilik lisenziyasına malikdir.