- Baxış sayı: 29
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Azərbaycan respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin övladları üçün VI “Neftçili yay futbol düşərgəsi” layihəsinə start verilib.
Allsport.az xəbər verir ki, şəhidlərimizin 6-12 yaş aralığındakı 100 övladını əhatə edən tədbirin açılış mərasimində “YAŞAT” fondunun rəhbəri – Qarabağ qazisi Elvin Hüseynov, “Azərkontrakt” ASC-nin sədr müavini Güləddin Dadaşov, “Neftçi” PFK-nın mətbuat katibi Emin Əfəndi və digər qonaqlar iştirak ediblər.
İyunun 29-dək davam edəcək layihənin əsas məqsədi uşaqların hərtərəfli inkişafını təmin etməklə yanaşı, onların asudə vaxtlarını daha səmərəli və əyləncəli keçirmələrini təmin etməkdir. Xüsusən futbola yüksək marağı olan uşaqlara bu idman növünü praktiki cəhətdən sevdirmək, onlara futbolla peşəkar məşğul ola bilmək üçün şərait yaratmaqla motivasiya olmaqdır.