- Baxış sayı: 25
- 05 Fevral 2026 16:49
- Baxış sayı: 201
- Fevral 04, 2026
- 0

“Neftçi” futbol akademiyasının 2 komandası ölkə çempionatının finalına vəsiqə qazanıb. Allsport.az saytı xəbər verir ki, klubun 11 və 13 yaşadək futbolçuları yarımfinalın ilk oyununda olduğu kimi, cavab görüşündə də qalib gəliblər.
U-13 Liqası: “Neftçi” – “Azəri TİM” (Gəncə) 5:0
Qollar: Ramiz Muradov (2), Ömər Qurbanov, Anar Baxşiyev, Yusif Əliyev.
U-11 Liqası: “Qəbələ” – “Neftçi” 0:1
Qol: Lorenzo Mezzotero.
Qeyd edək ki, “Neftçi”nin U-14 və U-12 komandalarının yarımfinal mərhələsindəki cavab oyunları bu gün olacaq.