- Baxış sayı: 12
- 30 Mart 2026 17:23
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

“Neftçi” premyer liqasının 21-ci turunda “Səbail” klubu ilə oyunun hazırlığını davam etdirir. Allsport.az saytı xəbər verir ki, bu gün bayraqdar İsmət Qayıbov adına təlim-məşq bazasında məşq keçib.
Çalışmadan öncə komanda üzvləri 21 yaşını qeyd edən Elnur Cəfərovu təbrik ediblər. Milli komandaların düşərgəsində olan futbolçular hələlik “Neftçi”yə qoşulmayıblar.
Bu komandalar arasında görüş aprelin 2-də “8-ci km” stadionunda baş tutacaq.