Neymar qərarını verdi

“Santos” klubunun ulduz hücumçusu Neymar komandası ilə yeni müqavilə imzalayıb.

Allsport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Yeni razılaşmaya əsasən, 33 yaşlı futbolçu ən azı 2026-cı ilin dekabrınadək Braziliya klubunun şərəfini qoruyacaq. Onun əvvəlki müqaviləsi 2025-ci il dekabrın 31-də başa çatırdı.

Neymarın bu qərarında 2026-cı il dünya çempionatına qədər optimal formasını qorumaq istəyi mühüm rol oynayıb. Cari mövsümdə braziliyalı ulduz “Santos”un heyətində bütün turnirlərdə meydana çıxdığı 29 oyunda 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Həmin kateqoriyadan