- Baxış sayı: 29
- 30 Mart 2026 19:51
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

AFFA tərəfindən futbol üzrə “Koka-Kola məktəbli kuboku”nun Nizami rayonu üzrə final oyunu keçirilib.
Allsport.az saytı xəbər verir ki, həlledici görüşdə 312 nömrəli orta məktəbin komandası ilə 242 nömrəli orta məktəbin şagirdləri qarşılaşıb.
Oyunun əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. Penalti seriyasını daha dəqiq yetirən 242 nömrəli orta məktəbin komandası, yekunda 4:3 qələbə qazanıb.