Növbəti dəfə prezident seçildi

Rusiya xokkey federasiyasının (RXF) rəhbəri Vladislav Tretyak növbəti dörd il müddətinə yenidən təşkilatın prezidenti seçilib.

Allsport.az xəbər verir ki, 73 yaşlı funksioner 2006-cı il aprelin 25-dən bu quruma rəhbərlik edir.

Tretyak üçqat olimpiya və onqat dünya çempionudur. O, beynəlxalq xokkey federasiyasının versiyasına görə XX əsrin ən yaxşı xokkeyçisi seçilib.

Həmin kateqoriyadan