“Növbəti mövsüm üçün yaxşı komanda quracağıq”

“Neftçi” premyer liqanın sonuncu – XXXVI turunda səfərdə “Sabah”a minimal hesabla uduzub.

Allsport.az xəbər verir ki, “flaqman”ın baş məşqçisi Samir Abbasov oyundan sonra keçirilən mətbuat konfransında iştirak edib:

“Seleksiya işlərinə çoxdan start verilib, növbəti mövsüm üçün yaxşı komanda quracağıq. Bizi çox çətin period gözləyir. Düşünürəm ki, bu vaxta kimi yaxşı işlər görmüşük, təki bunun bəhrəsi yaxşı nəticələr olsun. Transfer etməyi nəzərdə tutduğumuz futbolçuların mövqelərini açıqlamayacağam, bunu siz özünüz görəcəksiniz. Bu haqda klubumuz tərəfindən 2-3 gündən sonra da ictimaiyyətə məlumat verilə bilər, 10-15 gündən sonra da. Biz sizin, azarkeşlərin qarşısında rahat danışmaq üçün əvvəlcə oyunumuzu, nəticələrimizi düzəltməliyik. Yalnız bundan sonra digər proseslərə köklənə bilərik”.

Həmin kateqoriyadan