- Baxış sayı: 36
- 25 Mart 2026 20:26
- Baxış sayı: 156
- Mart 25, 2026
- 0

“Bavariya”nın qapıçısı Manuel Noyer Almaniya millisinə qayıda bilər.
Allsport.az xəbər verir ki, ötən ilin avqustunda yığmadan ayrıldığını açıqlayan 39 yaşlı Noyerin mümkün qayıdışı və 2026-cı ilin yayında keçiriləcək dünya çempionatı üçündür.
Noyerin getməsindən sonra millinin bir nömrəli oyunçusuna çevrilən Mark-Andre ter Ştegen “Barselona”da çətin dövr keçirir və bu yaxınlarda belindən əməliyyat olunaraq 3-4 ay yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd olunur ki, Noyer milliyə qayıtmaq istəsə, baş məşqçi Julian Nagelsmann bunu qəbul edəcək.