- Baxış sayı: 42
- 05 Dekabr 2025 20:03
- Baxış sayı: 37
- Dekabr 05, 2025
- 0

Gəncə olimpiya idman kompleksində Azərbaycan basketbol liqasının (ABL) 12 -ci turunun 4-cü oyunu baş tutub.
Allsport.az xəbər verir ki, çempionatın liderlər qrupunda qərarlaşmış Xaçmaz təmsilçisi “NTD-İndiqo”, səfərdə “Gəncə” klubu ilə qarşılaşıb və 94-80 hesablı qələbəyə sevinib.
Bu qələbə qonaqların müntəzəm mövsümdəki 10-cu qələbəsi olub. Ən məhsuldar basketbolçular: “Gəncə” (Culs Mur – 17 xal, 7 götürmə), “NTD-İndiqo” (Qeylen Smit – 27 xal, 16 götürmə)