- Baxış sayı: 50
- 06 Mart 2026 19:13
- Baxış sayı: 296
- Mart 05, 2026
- 0

“Sərhədçi” idman mərkəzində, basketbol üzrə Azərbaycan kubokunun “B” qrupunda növbəti iki oyun keçirilib.
Allsport.az xəbər verir ki, günün ilk oyunu “Gəncə” və “NTD-İndiqo” komandaları arasında baş tutub. Bu oyun Xaçmaz təmsilçisinin 98-75 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbə ilə “NTD-İndiqo” qrupdan çıxmağı təmin edib.
Ən məhsuldar basketbolçular: “Gəncə” (Donovan Filds – 25 xal, 5 ötürmə), “NTD-İndiqo” (Əkbər Məmmədov – 22 xal, 11 götürmə).
Günün 2-ci oyununda paytax klubu “Sabah”, “Sərhədçi” ilə qarşılaşıb. Bu görüşdə “Sərhədçi” 87-82 hesablı qələbə qazanaraq sensasiyanı reallaşdırıb. Bu qələbə ilə “Sərhədçi” qrup oyunlarını yekunlaşdıraraq, qrupdan çıxmaq şanslarını gücləndirib.
Ən məhsuldar basketbolçular: “Sabah” (Artyoms Butyankovs – 17 xal, 11 götürmə), “Sərhədçi” (Leon Cilmor- 21 xal, 7 götürmə).