”Nyukasl”dan “Liverpul”a imtina

“Nyukasl Yunayted” hücumçusu Aleksandr İsakı 100 milyon funt sterlinq təzminat qarşılığında “Liverpul”a satmaqdan imtina edib. 

Allsport.az xəbər verir ki, “sağsağanlar” 25 yaşlı isveçli futbolçunun transfer dəyərini 150 milyon funt sterlinq qiymətləndirir.

Daha əvvəl İsakın özünün “Liverpul”a keçməyə istəkli olduğu bildirilirdi. O, Asiya turunda “Nyukasl”la uçmayıb, ancaq keçmiş klubu “Real Sosyedad”da fərdi məşq edir.

Ötən mövsüm İsak premyer liqada 34 matçda 23 qol vurub və 6 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan