“O, klubun əfsanəsinə çevrildi”

“Tottenhem”in baş məşqçisi Tomas Frank uelsli yarımmüdafiəçi Brennan Consonun 35 milyon funta “Kristal Pəlas”a transferini şərh edib.

Allsport.az xəbər verir ki, mütəxəssis bu gedişi həm klub, həm də oyunçu üçün düzgün addım hesab edir:

“Brennan bir növ klubun əfsanəsinə çevrildi. Bilbaoda keçirilən Avropa liqasının finalında qələbə qolunu vuraraq komandaya möhtəşəm kubok qazandırdı. O, ötən mövsüm bütün turnirlər daxil olmaqla komandanın ən yaxşı bombardiri idi”.

Conson yeni klubu ilə 2030-cu ilə qədər müqavilə imzalayıb.

Həmin kateqoriyadan