- Baxış sayı: 25
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 36
- Dekabr 05, 2025
- 0

“Atletiko”nun qapıçısı Yan Oblak komandasının İspaniya çempionatının 36-cı turunda “Osasuna” ilə oyununa start heyətdə başlayıb.
Allsport.az xəbər verir ki, sloveniyalı futbolçu la liqada “Atletiko”nun heyətində ən çox oyun keçirən futbolçuların siyahısında (368 oyun) Madrid təmsilçisinin keçmiş müdafiəçisi Tomas Renyonesi (367) keçərək üçüncü pilləyə yüksəlib.
Hazırda 32 yaşlı Oblak yalnız Adelardo (401) və komandanın hazırkı yarımmüdafiəçisi Kokedən (483) geri qalır.