- Baxış sayı: 31
- 20 Dekabr 2024 23:54
- Baxış sayı: 152
- Dekabr 18, 2024
- 0
“Spartak”ın hücumçusu Keyta Balde “Qalatasaray”ın hücumçusu Mauro İkardinin həyat yoldaşı Vanda Nara ilə münasibəti ilə bağlı yayılan xəbərləri tamamilə cəfəngiyyat adlandırıb.
Yanvarın sonunda mətbuatda 2018/19 mövsümündə futbolçular “İnter”də birlikdə oynayan zaman Naranın seneqallı ilə ərini aldatdığı xəbərləri yayılmışdı.
“Vanda haqqında dedikləri tamamilə cəfəngiyyatdır. Heç bir şey yox idi! Qəzetlər hər cür boşboğazlıq yazmağı xoşlayır – buna görə də yazırlar. Ailəm, uşaqlarım var. Mən onlara hörmət edirəm və onların yanında xoşbəxtəm. Məni başqa heç nə maraqlandırmır” – deyə Balde bildirib.