Ölkə çempionatına hazırlıq iclası

Azərbaycan çempionatına hazırlıq işləri ilə əlaqədar cüdo federasiyasının rəhbərliyi məşqçilər və hakimlərlə ayrı-ayrılıqda iclas keçirib. Allsport.az saytı xəbər verir ki, toplantıda ACF-in vitse-prezidenti Elnur Məmmədli, ACF prezidentinin müşaviri Natiq Bağırov, baş katib Rəşad Rəsullu ilə yanaşı, federasiya nümayəndələri, hakimlər və məşqçilər iştirak ediblər. 

Bakı idman sarayında keçirilən yığıncaqda Azərbaycan çempionatına hazırlıq, çempionatın təşkili məsələləri və yeni qaydalarla bağlı məlumat verilib. O cümlədən, turnirin tibbi, təhlükəsizlik və digər vacib məsələləri barədə danışılıb. ACF rəhbərliyi iclasın sonunda iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Xatırladaq ki, fərdi çıxışlar 2-4 dekabrda, komanda yarışı 5 dekabrda baş tutacaq.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish