- Baxış sayı: 43
- 23 Dekabr 2024 20:23
- Baxış sayı: 176
- Dekabr 18, 2024
- 0
Qadınlar və kişilər arasında ölkə çempionatının püşkatma mərasimi baş tutub. Allsport.az xəbər verir ki, tədbirdə Azərbaycan cüdo federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu, ACF prezidentinin müşaviri və hakimlər komitəsinin sədri Natiq Bağırov, baş katibin müavini və idman direktoru Kamran Talıbov və icraiyyə komitəsinin üzvü Ağayar Axundzadə iştirak ediblər.
Rəşad Rəsullu çıxışında 60 idman təşkilatından 320-dən çox idmançının çempionatda iştirak edəcəyini vurğulayıb. O, bu ilin Azərbaycan cüdosu üçün əlamətdar il olduğunu, olimpiya oyunlarında, Avropa və dünya çempionatlarında, eləcə də yeniyetmə və gənclər arasında yarışlarda tarixi nəticələrin əldə edildiyini xatırladıb, bu uğurların həm idmançılara, həm də federasiyanın gələcək fəaliyyətinə yüksək stimul yaratdığını qeyd edib.
Rəşad Rəsullu yarışların yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi tədbirlərin görüldüyünü vurğulayıb. O, azarkeşləri yarışları arenadan izləməyə dəvət edib.
Natiq Bağırov hakimlərin təcrübəsi və peşəkarlığını vurğulayıb. Yarışların ədalətli, şəffaf keçiriləcəyinə əminliyini ifadə edərək bütün idmançılara uğurlar arzulayıb.
Kamran Talıbov püşkatma mərasimində yarış proqramı haqqında məlumat verib, daha sonra püşkatma start götürüb.
Ölkə çempionatı 29 noyabr – 1 dekabrda Bakı idman sarayında keçiriləcək.