Ölkələrin sayı 42-yə yüksəldi

Bakıda keçiriləcək cüdo üzrə “Böyük Dəbilqə”də iştirakçıların sayında dəyişiklik olub.

Allsport.az xəbər verir ki, təşkilat komitəsinə müraciət edən iştirakçı komandaların sayı 42-yə yüksəlib.

Qazaxıstan 22 cüdoçu ilə yarışda çıxış edəcək ən böyük heyətə malikdir. Saya görə sonrakı yerlərdə Niderland (16) və Braziliya gəlir (13).

Həmçinin, ABŞ, Kanada, Böyük Britaniya, Belçika, İspaniya, Xorvatiya, Macarıstan, Dominikan Respublikası, Qabon, Bəhreyn və digər ölkələrin cüdoçuları “Böyük dəbilqə”də güclərini sınayacaq.

Həmin kateqoriyadan