- Baxış sayı: 32
- 15 Fevral 2026 11:43
- Baxış sayı: 271
- Fevral 13, 2026
- 0

14 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi başa çatıb.
Allsport.az xəbər verir ki, mübarizənin son günündə komanda yarışları keçirilib.
Abşeron olimpiya idman kompleksində baş tutan turnirdə oğlanlar arasında 10, qızlarda isə 5 kollektiv qüvvəsini sınayıb.
Oğlanların mübarizəsində Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ baş mükafata sahib çıxıb. Abşeron-Xızı RGİİ gümüş medallara yiyələnib.
Respublika kompleks idman məktəbi və Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM komandaları III yeri tutublar.
Qızlardan təşkil olunmuş kollektivlərin yarışında isə Gəncə-Daşkəsən RGİİ komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ ikinci yerin sahibi olub. Respublika kompleks idman məktəbinin komandası bürünc mükafata yiyələnib.