- Baxış sayı: 45
- 05 Dekabr 2025 20:03
- Baxış sayı: 45
- Dekabr 05, 2025
- 0

Azərbaycan basketbol liqasında (ABL) yeni mövsüm 22 oktyabrda başlayacaq. Allsport.az saytı xəbər verir ki, ötən ildən fərqli olaraq, 29-cu Azərbaycan çempionatında 10 komanda mübarizə aparacaq. “Sabah” (Bakı), NTD-INDIGO (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi” (Bakı), “Neftçi İdman Klubu” (Bakı), “Cəlilabad”, “Şəki”, “Xəzri” (Bakı) və “Sumqayıt”.
Rəqabət 2 dövrədən, yəni 18 turdan ibarət olacaq. Yeni reqlamentə əsasən müntəzəm mövsümü ilk altılıqda tamamlayan klublar play-off mərhələsinə vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa play-off ‘un yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər.
1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq. ABL-in oyunları, “Sərhədçi” idman mərkəzi ilə yanaşı, bölgələrdə yerləşən olimpiya idman komplekslərində də baş tutacaq.