Onana qalır, ya gedir?

“Mançester Yunayted” qapıçısı Andre Onananı yay transfer pəncərəsində birdəfəlik satmağı planlaşdırır.

Allsport.az xəbər verir ki, klub rəhbərliyi artıq kamerunlu qolkiperi komandanın gələcək planlarına daxil etmir.

Ötən ilin sentyabrında “Trabzonspor”a icarəyə verilən Onana, superliqada keçirdiyi 19 oyunda 4 dəfə qapısını toxunulmaz saxlayıb. Qara dəniz təmsilçisi 29 yaşlı qapıçının transfer hüquqlarını almaq niyyətində deyil. Bu isə o deməkdir ki, Onana mövsümün sonunda İngiltərəyə qayıtmalı olacaq, lakin “Yunayted” onu dərhal başqa kluba satmağa çalışacaq.

Andre Onana 2023-cü ildə “İnter”dən 55 milyon avroya transfer edilmişdi və onun “qırmızı şeytanlar”la müqaviləsi 2028-ci ilə qədərdir.

Həmin kateqoriyadan