“Onlar heyrətamiz proqramlar etdilər”

Ümumrusiya bədii gimnastika federasiyasının prezidenti İrina Viner qələbə günü şərəfinə təşkil olunmuş bayram konserti zamanı çıxışını məşhur tələbələri – bacıları Dina və Arina Averinlərə həsr edib.

Allsport.az xəbər verir ki, bu barədə o, sport24.ru saytına açıqlama verib:

“Çox layiqli, mehriban və dürüst. Mən Dina və Arina Averina kimi öz işlərinə və bədii gimnastikaya eyni münasibət bəsləyən başqa uşaq tanımıram. Onlar balaca qızlardı, belə akrobatlardı, amma böyüyüb gözəl qızlar olublar. Onlar heyrətamiz proqramlar etdilər və haqlı olaraq ölkəmizin və dünyanın ən yaxşı gimnastları olmağa layiq idilər. Dina tarixdə ilk mütləq 4-qat dünya çempionudur. Onlar ulduz olmaq istəyi ilə böyüdülər”.

Həmin kateqoriyadan