- Baxış sayı: 24
- 15 Yanvar 2026 19:37
- Baxış sayı: 40
- Yanvar 15, 2026
- 0

“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko”Qəbələ”yə yoxlama oyununda 0:1 hesabı ilə uduzandan sonra açıqlama verib.
Allsport.az xəbər verir ki, ukraynalı mütəxəssis məğlubiyyəti belə şərh edib:
“Bugünkü oyun daha çox məlumat xarakterli idi və nəticə vacib deyildi. Son 3 gün ərzində yükləmə çox olduğuna görə, futbolçular yorğunluq fonunda meydana çıxmışdılar. Uşaqların verdiyimiz tapşırıqları nə dərəcə icra edə bildiklərinə diqqət yetirdik. Keyfiyyətə önəm verdiyimiz üçün uşaqlara da dedim ki, məğlubiyyətə gorə üzülməyin. Gələcəkdə daha yaxşı oynamaq, irəli getmək üçün edəcəklərimizi öyrənirik”.