“Onun nə oxuduğunu heç kim başa düşmür”

Mali əsilli fransalı müğənni Aya Nakamura, Parisdə olimpiadanın açılışında çıxış etmək təklifi aldığı üçün qalmaqalın mərkəzində qalıb.

Allsport.az xəbər verir ki, Nakamura hazırda Fransada ən populyar müğənnidir. Onun sosial mediada 20 milyondan çox izləyicisi var.

Buna baxmayaraq, onun olimpiya oyunlarının açılışını aparmaq seçimi çoxlu sayda fransalıları, o cümlədən müxalifət siyasətçilərini qəzəbləndirdi.

Belə ki, milli ralli partiyasının lideri Marin Le Pen Nakamuranı işinə görə tənqid edib:

“O, fransız dilində mahnı oxumur. Heç xarici dildə də oxumur. Onun nə oxuduğunu heç kim başa düşmür. Bu cəfəngiyatdır.

Həmin kateqoriyadan